“Mançester Yunayted” 2 ildən sonra bunu yenidən bacardı

İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Mançester Yunayted” doğma meydanda “Sanderlend”i 2:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmada “Mançester Yunayted”in qollarını 8-ci dəqiqədə Meyson Maunt və 31-ci dəqiqədə Benyamin Seşko vurublar.
Komandanın baş məşqçisi Ruben Amorim bu görüşdə qapı xəttində dəyişiklik edib. O, daha əvvəl qapını qoruyan Altay Bayındırı ehtiyatda saxlayaraq yeni transfer Senne Lammensə şans verib. Belçikalı qolkiper “Mançester Yunayted” forması ilə ilk oyununa çıxıb.
“Mançester Yunayted” Premyer Liqada ilk dəfə 2023-cü ilin avqustundan bəri ardıcıl üç ev oyununu qələbə ilə başa vurdu!
Man Yunayted 2-0 Sanderlend
Mount 8'
B. Şeşko 31'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/108692
https://t.me/doxsanplus/108697
Bu nəticə ilə “Mançester Yunayted” xallarının sayını 10-a yüksəldib. “Sanderlend” isə 11 xalla qalıb.
© Copyright 2025, All Rights Reserved