"Mançester Yunayted" PSJ-nin qapısını döyəcək

"Mançester Yunayted" PSJ-nin hücumçusu Randal Kolo Muaninin transferini nəzərdən keçirir.
90plus.az xəbər verir ki, fransalı futbolçu ilə "Nyukasl" da maraqlanır. Həmçinin, hazırda icarə əsasında oynadığı "Yuventus" da onun keçidi üçün təklif irəli sürməyə hazırdır.
Qeyd: 26 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonunadək qüvvədədir.
© Copyright 2025, All Rights Reserved