"Mançester Yunayted" qapıçısız qaldı

"Mançester Yunayted" ciddi itki ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, klubun əsas qapıçısı Andre Onana zədə səbəbindən bir müddət komandadan ayrı qalacaq.
Kamerunlu qolkiperin ayaq əzələsində zədə aşkarlanıb. 29 yaşlı futbolçunun təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı proqnozlaşdırılır.
Qeyd: Onana 2023-cü ilin yayında İtaliyanın “İnter” klubundan “Mançester Yunayted”in heyətinə qoşulmuşdu. O, ötən mövsüm İngiltərə təmsilçisinin forması ilə 50 rəsmi oyuna çıxıb və 67 qol buraxıb.
© Copyright 2025, All Rights Reserved