"Mançester Yunayted" "Qarabağ"ın rəqibindən futbolçu istəyir
90plus.az xəbər verir ki, “Mançester Yunayted” İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Sandro Tonali və hücumçusu Antoni Qordonu transfer etmək barədə müzakirələr aparır.
Transferin təxmini qiyməti Qordon üçün 109 milyon avro, Tonali üçün isə 91,5 milyon avro təşkil edə bilər. Lakin “Nyukasl” hər iki futbolçunun yayda komandadan ayrılmaması üçün tədbirlər görməyi planlaşdırır ki, bu da keçidi çətinləşdirə bilər.
Bu mövsüm Tonali bütün yarışlarda 41 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Qordon isə 37 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd: “Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir. İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və ingilislərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu isə fevralın 24-də İngiltərədə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved