"Mançester Yunayted" Rafinyanı İngiltərəyə qaytarır

İngiltərənin “Mançester Yunayted” klubu “Barselona”nın braziliyalı hücumçusu Rafinyanı transfer etmək istəyir.
90plus.az xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı futbolçunu heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.
Kataloniya təmsilçisi isə Rafinyanı yalnız 140 milyon avro qarşılığında satmağa razıdır. “Barselona”nın bu məbləği oyunçunun bazar dəyərinə və müqavilə müddətinə əsaslanaraq müəyyən etdiyi bildirilir.
Qeyd: Rafinya bir vaxtlar "Life Yunayted"də oynayırdı.
Mənbə:Fichajes
© Copyright 2025, All Rights Reserved