"Mançester Yunayted" sabiq futbolçusuna iş verdi

“Mançester Yunayted” karyerasını başa vuran Conni Evansı klub daxilində yeni vəzifəyə təyin edib.
90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.
Yeni futbola vida edən 37 yaşlı veteran müdafiəçi artıq komandanın icarə və oyunçu inkişafı bölməsinə rəhbərlik edir. O, klubun idman direktoru Ceyson Uilkoksun nəzarəti altında çalışacaq.
Qeyd: Conni Evans “Mançester Yunayted”in heyətində ümumilikdə 241 oyuna çıxıb. Karyerası ərzində üç dəfə Premyer Liqa çempionluğu qazanıb, həmçinin UEFA Çempionlar Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.
© Copyright 2025, All Rights Reserved