"Mançester Yunayted" türkiyəli futbolçuya "elçi düşdü"
"Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu Premyer Liqada klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" 26 yaşlı sol cinah müdafiəçisi üçün mövsümün sonunda rəsmi təklif göndərməyi planlaşdırır. "Brayton"un isə futbolçu üçün təxminən 50 milyon avro tələb edəcəyi bildirilir.
Qeyd: "Brayton" Ferdi Kadıoğlunu 2024-cü ilin yayında "Fənərbaxça"dan 30 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə "qağayılar"ın heyətində 35 rəsmi matçda meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved