"Mançester Yunayted" və "Liverpul" "Yuventus"un futbolçusunu istəyir
"Yuventus" müdafiəçisi Pierre Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" fransalı futbolçunu transfer etmək niyyətindədir.
Kalulu isə İngiltərədə oynamağa müsbət baxır. 25 yaşlı mərkəz müdafiəçisi Turin klubunda böyük uğurlar üçün mübarizə aparmaq perspektivini real saymır və buna görə də Premyer Liqada özünü sınamaq istəyir.
"Yuventus" Pierre Kalulunu 2024-cü ilin yayında "Milan"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm “ağ-qaralar”ın heyətində 39 rəsmi oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved