“Mançester Yunayted” yarımmüdafiəçi axtarışlarına başladı
"Mançester Yunayted” ötən həftəsonu aldığı iki ciddi zərbədən sonra yarımmüdafiəçi transferləri üzərində fəal şəkildə işləməyə başlayıb.
90plus.az xəbər verir ki, komandanın aparıcı futbolçuları Bruno Fernandeş və Kobbi Meynu zədələnib və onların bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bundan əlavə, Meynunun daha çox oyun təcrübəsi qazanmaq üçün klubdan ayrılmaq istəyi göstərə biləcəyi bildirilir.
“Mançester Yunayted” rəhbərliyi əvvəlcə əsas transfer hədəflərindən birini yay transfer dövründə heyətə qatmağı planlaşdırırdı, çünki həmin futbolçu yanvarda əlçatan olmayacaq. Lakin mövcud vəziyyət fonunda klub daxilində yaranmış böhranı aradan qaldırmaq üçün mümkün variantlar barədə daxili müzakirələrə başlanılıb.
Qırmızı şeytanlar yanvar transfer pəncərəsində heyəti gücləndirmək üçün təcili həll yolları axtarır.
© Copyright 2026, All Rights Reserved