"Mançester Yunayted" yarımmüdafiəyə çarə tapdı
“Mançester Yunayted” Karlos Balebanı heyətinə gətirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, klub 2026-cı ilin yay transfer dönəmində “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanı transfer etməyə maraqlıdır. 21 yaşlı futbolçu artıq uzun müddətdir “qırmızı şeytanlar”ın izlədiyi oyunçular sırasındadır. Həmçinin Balebanın özü də bu keçidə müsbət yanaşdığı bildirilir.
Məlumata əsasən, “Brayton” isə əsas futbolçusunu satmağa tələsmir və onun üçün yüksək transfer məbləği tələb edir.
Qeyd: Oyunçunun "Brayton"la mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved