"Mançester Yunayted" yarımmüdafiəyə dərmanı Premyer Liqada tapdı
“Mançester Yunayted” klubu “Brayton”un futbolçusu Karlos Balebanın transfer imkanlarını dəyərləndirib.
90plus.az xəbər verir ki, yanvar ayında bu keçidin reallaşması gözlənilmir. Buna səbəb “Brayton”un yarımmüdafiəçini ən azı yay mövsümünədək heyətində saxlamaq niyyətində olmasıdır. Həmin dövrdə mərkəz yarımmüdafiəçilərinə marağın daha da artacağı proqnozlaşdırılır.
Daha əvvəl də qeyd edildiyi kimi, Baleba “Mançester Yunayted”in əsas transfer hədəfləri arasında yer alır. Bu siyahıya həmçinin “Nottingem Forest”in üzvü Elliot Anderson və “Kristal Pelas”dan Adam Uorton daxildir. Bundan başqa, mançester təmsilçisi “Vulverhempton”da çıxış edən Joau Qomeslə də maraqlanır.
Eyni zamanda klub perspektivli gəncləri də diqqətdə saxlayır. Bunlar arasında “Lill”dən 18 yaşlı Ayub Buaddi və “Olimpiakos”un 19 yaşlı futbolçusu Xristos Muzakitis də var.
© Copyright 2026, All Rights Reserved