"Mançester Yunayted" yeni hücumçusunu açıqladı

"Leypziq"in hücumçusu Benjamin Şeşko futbol karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" sloveniyalı forvardla razılığa gəlib. Bu barədə klubun rəsmi mətbuat xidməti açıqlama verib.
"Qırmızı şeytanlar" 22 yaşlı Şeşkonun transferi üçün Almaniya təmsilçisinə bonuslarla birlikdə 85 milyon avro ödəyəcək. Gənc hücumçu "Mançester Yunayted"lə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqaviləyə imza atıb.
Xatırlatma: Benjamin Şeşko "Leypziq"ə 2023-cü ilin yayında "Zaltsburq"dan keçmişdi. Sloveniya yığmasının üzvü ötən mövsüm Bundesliqa klubunun heyətində 45 rəsmi oyunda çıxış edərək 21 qol vurub və 6 asistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved