"Mançester Yunayted" yeni hücumçusunu Türkiyədə tapdı
“Mançester Yunayted” hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.
90plus.az xəbər verir ki, “qırmızı şeytanlar”ın diqqət mərkəzində olan futbolçulardan biri Türkiyə çempionatında çıxış edir.
Söhbət “Trabzonspor”un və Nigeriya millisinin hücumçusu Pol Onuaçudan gedir. İngiltərə klubu futbolçunu yaxından izləyir.
Mançester təmsilçisi mövsüm başa çatdıqdan sonra nigeriyalı forvardın transferi üçün Qaradəniz klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Onuaçunun “Trabzonspor”la müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Hücumçu indiyədək karyerasında “Midtyulland”, “Veyle”, “Genk” və “Sauthempton” klublarında forma geyinib.
© Copyright 2026, All Rights Reserved