"Mançester Yunayted" yeni qapıçısını Belçikadan tapdı

İngiltərənin "Mançester Yunayted" klubu qapı xəttini gücləndirmək üçün yeni transferə imza atmağa yaxındır. Belçikanın "Royal Antverpen" klubunda çıxış edən Senne Lammensin "qırmızı şeytanlar"a keçidi demək olar ki, rəsmiləşib.
90plus.az xəbər verir ki, bu keçid isə həm Altay Bayındırın, həm də "Qalatasaray"ın gələcək planlarına təsir edə bilər.
Premyer Liqada mövsümə "Arsenal"la qarşılaşma ilə başlayan "Mançester Yunayted"də Andre Onanadan gözlənilən performans gəlmədiyi üçün qapını Altay Bayındır qorumuşdu. Lakin sözügedən oyunda buraxdığı kobud səhv səbəbindən türk qolkiper kəskin tənqid olunmuşdu.
Klub rəhbərliyi bunun ardından yeni qapıçı axtarışına başlayıb və "Royal Antverpen"in 21 yaşlı qapıçısı Senne Lammens ilə razılıq əldə olunub. İddialara görə, transfer 17.3 milyon funt sterlinqə başa gələcək.
İngiltərə mediasının yazdığına görə, Lammensin transferindən sonra "Mançester Yunayted"in heyətində qapıçı sayı 4-ə çatacaq. Bu isə Altay Bayındırın yola salınmasını qaçılmaz edir. Onun agentlərinin hazırda yeni klub tapmaq üçün fəal şəkildə çalışdığı və icarəyə verilmə ehtimalının da yüksək olduğu bildirilib.
Qeyd: Altayın adı daha əvvəl "Qalatasaray"la da hallanırdı. Əgər təcrübəli qolkiper Mançester klubunu tərk edərsə, bu, "sarı-qırmızılılar" üçün real fürsət ola bilər.
© Copyright 2025, All Rights Reserved