"Mançester Yunayted"də heyət narazılığı - Amorim dilləndi
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim gənc yarımmüdafiəçi Kobi Maynoya bu mövsümdə az şans verməsinin səbəbini izah edib.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın maraqlarını fərdi məqsədlərdən üstün tutduğunu vurğulayıb. O, Dünya Çempionatı-2026-da iştirak etmək istəyən futbolçuların çox olduğunu qeyd edib, lakin əsas hədəfinin oyunda qalib gəlmək olduğunu bildirib:
“Bu, kollektiv oyunudur. Mən fərdi futbolçulara deyil, bütün komandaya fokuslanıram. Maynoya start heyətində yer verə bilərəm, amma qalib gəlmək üçün seçim etmək məcburiyyətindəyəm. Kimin oynadığı önəmli deyil, əsas nəticədir”.
Qeyd: Son olaraq “Everton”la oyunda (0:1) 30 dəqiqə iştirak edən Maynonun oyun təcrübəsinin azlığı İngiltərə millisində DÇ-2026-ya getmək şansını azaldır.
© Copyright 2025, All Rights Reserved