“Mançester Yunayted”də kütləvi ayrılıq: 10 futbolçu ilə yollar ayrıldı

“Mançester Yunayted” klubunda ciddi dəyişikliklərin ilk mərhələsi baş tutdu.
90plus.az xəbər verir ki, Premyer Liqanın nəhəng klubu 10 futbolçusunun müqaviləsinin başa çatdığını və komandadan ayrıldığını rəsmi şəkildə açıqlayıb.
Klubun yay transfer dövrü üçün yenidənqurma planları çərçivəsində həyata keçirdiyi bu addım “Qırmızı Şeytanlar”da köklü dəyişikliklərin başlanğıcı kimi dəyərləndirilir.
Kristian Eriksen
Viktor Lindelöf
Conni Evans
Tom Hiton
Hubert Qraçık
Cek Kinqdon
Sem Marrey
Tom Mayls
Ceyms Nolan
Tom Vuster
Bu siyahıda diqqət çəkən istisnalardan biri isə təcrübəli qapıçı Tom Hiton oldu. Klubun verdiyi məlumata əsasən, 39 yaşlı qapıçı ilə yeni müqavilə üçün danışıqlar davam edir. Əgər görüşlər müsbət nəticələnərsə, Hitonun “Mançester Yunayted”də qalması gündəmdədir.
Yay transfer pəncərəsində heyətə yeni adların cəlb olunacağı gözlənilir. Klub rəhbərliyinin gələcək strategiyası və yeni transfer planları azarkeşlər tərəfindən böyük maraqla izlənir. “Mançester Yunayted”də bu yay olduqca hərəkətli keçəcək.
© Copyright 2025, All Rights Reserved