"Mançester Yunayted"dən ayrılmaq istəyən var

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee yanvar ayında komandadan ayrılmağa qərarlıdır.
90plus.az xəbər verir ki, Niderlandlı futbolçunun əsas məqsədi Dünya Kubokunun iştirak siyahısında yer almaqdır. Buna görə də o, daha çox oyun praktikasına sahib olacağı bir kluba keçmək istəyir.
Zirkzee cari mövsümdə “Mançester Yunayted”də əsas heyətdə mütəmadi şans qazanmır və bu, onun milli komandadakı yerini risk altına salıb.
Mənbə: MailSport
© Copyright 2025, All Rights Reserved