"Mançester Yunayted"dən növbəti transfer addımı – Hədəfdə "Brentford"un ulduzu var

İngiltərə Premyer Liqasında arzuladığı mövsümü keçirə bilməyən və çempionatı 15-ci pillədə başa vuran "Mançester Yunayted" yeni mövsüm üçün güclü heyət qurmaq istiqamətində işlərə başlayıb.
90plus.az xəbər verir ki, komanda artıq "Vulverhempton"un hücumçusu Mateus Kunyanın ardınca yeni transfer hədəfinə yönəlib.
Hədəfdə "Mbeumo" var
"The Athletic"in məlumatına görə, "Brentford" klubunda çıxış edən kamerunlu hücumçu Bryan Mbeumo "Mançester Yunayted"ə transfer olunmaq istədiyini İngiltərə nəhənginə çatdırıb.
Bundan sonra "Mançester Yunayted" rəhbərliyi futbolçunun transferini reallaşdırmaq üçün hərəkətə keçib və artıq "Brentford" klubu ilə danışıqlara başlayıb.
Mbeumonun göstəriciləri
Bryan Mbeumo cari mövsümdə "Brentford" forması ilə 42 rəsmi oyunda iştirak edib. O, bu matçlarda 20 qol və 9 məhsuldar ötürmə ilə komandasına önəmli töhfə verib.
© Copyright 2025, All Rights Reserved