“Mançester Yunayted”dən yarımmüdafiəyə bahalı transfer hədəfi
İngiltərə Premyer Liqasında gözləntilərin altında çıxış edən, lakin bu mövsüm Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Mançester Yunayted” yeni mövsüm üçün heyət planlamasına start verib.
90plus.az xəbər verir ki, komandanın əsas hədəflərindən biri yarımmüdafiə xəttini gücləndirməkdir. Bu istiqamətdə İngiltərə klubunun diqqətini cəlb edən yeni ad ortaya çıxıb.
Məlumata görə, “Mançester Yunayted” hazırda “Nyukasl Yunayted”də çıxış edən Sandro Tonali transfer etmək üçün hərəkətə keçib.
Xəbərin detallarında bildirilir ki, “qırmızı şeytanlar” italiyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
Sandro Tonali son dövrlərdə göstərdiyi stabil oyunla Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.
© Copyright 2026, All Rights Reserved