"Mançester Yunayted"in 3 futbolçusu döndü

"Mançester Yunayted"in 3 oyunçusu zədələrini bərpa edib.
90plus.az xəbər verir ki, Coşua Zirkze, Dioqo Dalot və Lenni Yoro artıq komanda ilə birgə məşqlərə qatılıblar.
Bu üç futbolçunun da mayın 21-də Avropa Liqasının finalında “Tottenhem”ə qarşı keçiriləcək oyunda iştirak etməsi mümkündür.
Qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved