"Mançester Yunayted"in Avropadakı rəqibləri bəllidir

“Mançester Yunayted” bu mövsüm müntəzəm olaraq həftə ortası beynəlxalq yoldaşlıq görüşləri keçirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, avrokuboklardan kənarda qalan Mançester təmsilçisi dekabr ayına qədər Premyer Liqada həftə içi oyunlara çıxmayacaq. Komanda İngiltərə Kubokunda “Qrimsbi Toun”a məğlub olduqdan sonra yükləmədən uzaq qalacaq.
Buna görə də, klubun məşqçilər korpusu mövsüm ərzində avrokuboklardan uzaq qalan Avropa klubları ilə yoldaşlıq oyunları təşkil etmək qərarına gəlib.
İngiltərə nəhəngi bu çərçivədə “Milan”, “Leypsiq”, “Latsio” və “Sevilya” ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved