"Mançester Yunayted"in futbolçusu bir nəfərin həyatını xilas etdi

Bruno Fernandes dünən Lissabona gedən təyyarədə bir nəfərin həyatını xilas edib.
90plus.az xəbər verir ki, milli ara olduğu üçün futbolçuların komandaların düşərgələrinə axını davam edir. Bu səbəblə, Bruno Fernandes Portuqaliyaya yola düşüb.
Portuqaliyalı ulduz təyyarənin arxasındakı tualetə gedərkən bir nəfərin huşunu itirdiyini görüb və kömək çağırıb. Daha sonra ekipaj qrupu xəstəyə müdaxilə edib.
© Copyright 2025, All Rights Reserved