"Mançester Yunayted"in futbolçusu komandasız qalıb

Tayrell Malasia "Mançester Yunayted"dən ayrılmağa yaxındır.
90plus.az xəbər verir ki, ESPN-in məlumatına əsasən, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim niderlandlı müdafiəçini gələcək planlarına daxil etmir.
Malasianın İspaniyanın "Elçe" klubuna keçidi son anda reallaşmayıb. Hazırda "Mançester Yunayted" transfer pəncərəsi hələ bağlanmamış ölkələr – Türkiyə və Səudiyyə Ərəbistanı klublarına 26 yaşlı sol cinah müdafiəçisini icarəyə verməyi hədəfləyir.
Qeyd: Tayrell Malasia 2022-ci ilin yayında Niderlandın PSV klubundan "Mançester Yunayted"ə transfer olunub. O, ötən mövsümün ikinci hissəsində keçmiş klubunda icarə əsasında forma geyinib.
© Copyright 2025, All Rights Reserved