"Mançester Yunayted"in futbolçusundan azarkeşlərə xoş xəbər
“Mançester Yunayted” müdafiəçisi Lisandro Martines Premyer Liqada “Everton”la qarşılaşmada heyətə dönə bilər.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in argentinalı müdafiəçisi Lisandro Martines bazar ertəsi Premyer Liqa çərçivəsində “Everton”a qarşı keçiriləcək matçın heyətinə daxil olmaq üzrədir.
Klub qarşıdakı 48 saat ərzində qərar verəcək: Martines rəsmi şəkildə matçın iştirak ərizəsinə salınacaq, yoxsa yox.
“Mançester Yunayted” rəhbərliyi futbolçunun bərpa prosesindən razıdır. Müdafiəçi isə bu həftə baş məşqçi Ruben Amorimə dəfələrlə özünü oynamağa hazır hiss etdiyini bildirib. Argentina millisinin əməkdaşları da milli fasilə zamanı Martinesin durumundan məmnun qalıblar. Futbolçu milli komanda ilə birlikdə reabilitasiyanın son mərhələsi çərçivəsində məşqlərdə iştirak edib.
Xatırlatma: Lisandro Martines 2025-ci ilin fevralında “Kristal Pelas”la oyunda ön çarpaz bağını qopardıqdan sonra təxminən bir ildir yaşıl meydanlardan uzaq qalıb.
© Copyright 2026, All Rights Reserved