"Mançester Yunayted"in hücumçusu zədələndi - Millisinə kömək edə bilməyəcək
Benyamin Şeşko zədələnib – dünya çempionatının seçmə oyunlarını buraxa bilər.
90plus.az xəbər verir ki, Sloveniya millisinin hücumçusu Benyamin Şeşko dizindən aldığı zədə səbəbindən milli komandanın dünya çempionatının seçmə mərhələsindəki qarşıdakı görüşlərində iştirak etməyə bilər.
“Mançester Yunayted”in 22 yaşlı forvardı Premyer Liqada “Tottenhem”lə 2:2 hesabı ilə başa çatan matçda 60-cı dəqiqədə oyuna daxil olub, lakin 88-ci dəqiqədə zədə səbəbindən meydanı tərk etməyə məcbur qalıb.
Xatırlatma: “Leypsiq” klubundan 76,5+8,5 milyon avro qarşılığında transfer edilən Şeşko, “Mançester Yunayted”də keçirdiyi 12 matçda 2 qol vurub.
© Copyright 2025, All Rights Reserved