"Mançester Yunayted"in kapitanı klub əfsanəsini geridə qoydu
Bruno Fernandeş son illərdə “Mançester Yunayted”in ən güclü pleymeykerlərindən biri kimi mövqeyini daha da gücləndirir.
90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Premyer Liqanın 13-cü turunda “Kristal Pelas”la səfərdə keçirilən qarşılaşmada (2:1) iki asist edib.
Bu iki ötürmə Fernandeşin “qırmızı şeytanlar”ın tarixində İngiltərə çempionatında ən çox məhsuldar ötürmə edən futbolçular sıralamasında dördüncü yerə qalxmasına şərait yaradıb. 31 yaşlı yarımmüdafiəçinin hazırda 56 asisti var ki, bu da klubun əfsanəsi Pol Skoulzu 1 ötürmə üstələməsi deməkdir.
“Mançester Yunayted”in Premyer Liqa tarixində ən çox asist edən futbolçuları:
Rayan Qiqqz – 162 asist
Ueyn Runi – 93
Devid Bekhem – 80
© Copyright 2025, All Rights Reserved