"Mançester Yunayted"in müdafiəçisi 9 aydan sonra yaşıl meydanlarda
Lisandro Martines yenidən “Mançester Yunayted” komandasının əsas heyəti ilə birgə məşqlərə qoşulub.
90plus.az xəbər verir ki, Argentina yığmasının müdafiəçisi uzun fasilədən sonra ağır zədəsini tam bərpa edərək komandanın ümumi məşq prosesində iştirak edib.
Futbolçu fevralın 2-də “Kristal Pelas”la keçirilən qarşılaşmada dizinin xaçvari bağlarından xəsarət almışdı. Həmin oyun “Mançester Yunayted”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.
Uzunmüddətli əməliyyat və bərpa dövründən sonra Martines mövsümün əksər hissəsini buraxsa da, artıq meydana dönüb.
© Copyright 2025, All Rights Reserved