"Mançester Yunayted"in sabiq futbolçusu Koreyadan ayrıldı
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard Cənubi Koreyanın “Seul” klubundan ayrılıb.
90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçu artıq azad agent statusunu əldə edib. O, komanda ilə keçən ilin fevralından çıxış edirdi.
Qeyd: Mançester təmsilçisinin yetirməsi olan Linqard İngiltərə millisində 32 oyun keçirib.
© Copyright 2025, All Rights Reserved