"Mançester Yunayted" və Argentina milli komandasının sabiq qapıçısı Serxio Romero peşəkar futbolçu karyerasını yekunlaşdırıb.
90plus.az xəbər verir ki, Romero “qırmızı şeytanlar”ın qapıçısı kimi Avropa Liqası, FA Cup, Liqa Kuboku və Superkubok uğurlarında mühüm rol oynamışdır.
Romero Argentina millisində 96 matçda forma geyinib.
Sərxionun son klubu “Argentinos Xuniors” olub. Karyerası boyunca o, həmçinin “Rasinq”, “AZ Alkmaar”, “Sampdoriya”, “Monako”, “Venetsiya” və “Boka Xuniors” klublarının qapısını qoruyub.
© Copyright 2026, All Rights Reserved