"Mançester Yunayted"in yarımmüdafiəçisinə Almaniya nəhəngi "elçi düşdü"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeşin gələcəkdə Almaniyada çıxış etməsi mümkündür.
90plus.az xəbər verir ki, portuqaliyalı futbolçunu transfer etməkdə “Bayern Münhen” klubu maraqlıdır.
Məlumata əsasən, Münhen təmsilçisi yaxın zamanda Fernandeşlə bağlı rəsmi təklif irəli sürəcək.
İngiltərə təmsilçisi isə oyunçu üçün 46 milyon avro məbləğində tələb irəli sürüb.
Qeyd: Fernandeşin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına kimi qüvvədədir. O, bu mövsüm ərzində 8 oyunda forma geyinərək 2 dəfə fərqlənib.
© Copyright 2025, All Rights Reserved