Maradonanın köynəyi hərracda

Argentinalı məşhur oyunçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatının yarımfinal oyununda geyindiyi köynəyi "Sotheby's" hərracının saytında satışa çıxarılıb.
90plus.az xəbər verir ki, sözügedən matçda Argentina komandası Belçika millisini məğlub edib (2:0). Oyundan sonra Dieqo Maradona rəqibin qapıçısı Jan-Mari Pfaffla forma dəyişib. O vaxtdan köynək qolkiperin şəxsi kolleksiyasında saxlanılır.
Qeyd: Maradonanın forması ilə bağlı hərrac avqustun 2-də baş tutacaq. Slotun başlanğıc qiyməti isə 700 min dollar olacaq.
© Copyright 2025, All Rights Reserved