Maradonanın oğlu: “Atamdan sonra Maktominey gəlir”
Maradonanın oğlu: "Maktominey “Napoli” tarixinin ən təsirli ikinci futbolçusudur".
90plus.az xəbər verir ki, Dieqo Maradonanın oğlu Maradona Junior “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey barədə diqqətçəkən açıqlama verib.
O bildirib ki, atasından sonra klub tarixində ən həlledici futbolçu məhz Maktomineydir:
“Napolidə Dieqo formasında Tanrı var idi, amma mənim üçün Maktominey İsa kimidir. O, tamamilə fenomenal oyunçudur”.
Qeyd: Skott Maktominey bu mövsüm “Napoli” forması ilə 35 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved