Mareska: "Biz çox pul xərcləməmişik"

"Çelsi" klubunun baş məşqçisi Enzo Mareska transferlər xərclənən pullar haqqında danışdı.
90plus.az xəbər verir ki, italyan mütəxəssis komandasının nəticələri haqqında bu sözləri dedi:
"Bura gəldiyim gündən bəri digər klublardan daha çox pul xərclədiyimizi düşünmürəm, sadəcə eyni miqdarda puldur.
"Amma biz önəmli bir şey qururuq. İnsanlar bizə güvənməlidir. Klub yaxşı işləyir və ümid edirəm ki, gələcəkdə önəmli titullar uğrunda mübarizə apara bilərik”.
Qeyd: "Çelsi"nin sahibi Tod Bohli komandanı alandan transferlərə 1.5 milyard pul xərclənib.
© Copyright 2025, All Rights Reserved