Mareska “Çelsi” futbolçuları ilə sağollaşmadan gedib
2 gün öncə "Çelsi” ilə yollarını ayıran baş məşqçi Enzo Mareska futbolçularına heç nə demədən, səssiz şəkildə klubdan ayrılıb.
90plus.az xəbər verir ki, klub ötən cümə axşamı mütəxəssisin gedişini rəsmən açıqlayıb və bununla da onun “mavilər”in başında keçirdiyi 18 aylıq dövr başa çatıb.
The Athletic nəşrinin məlumatına görə, komanda Mareskanı sonuncu dəfə çərşənbə axşamı “Bornmut”la 2:2 hesablı heç-heçədən sonra görüb. O, səssizcə paltardəyişmə otağına daxil olub, üstünü dəyişib və gün batanda stadionu tərk edib. Mətbuat qarşısına isə köməkçisi Villi Kabalero çıxıb.
Futbolçular bu vəziyyətdən çaşqın qalıblar. Sonradan onlara iki günlük istirahət veriləcəyi bildirilib ki, sıx oyun qrafikini nəzərə alsaq, bu, qeyri-adi qərar kimi qiymətləndirilir. Bu vaxt “Çelsi” rəhbərliyi ayrılığı rəsmiləşdirmək üçün iclas keçirib.
© Copyright 2026, All Rights Reserved