Mareska “Fiorentina”nı bəyənmir
"Fiorentina" Enzo Mareska ilə əlaqəyə keçib.
90plus.az xəbər verir ki, İtaliyanın "Fiorentina" klubu gələcək baş məşqçi məsələsi ilə bağlı Enzo Mareska ilə əlaqə yaradıb.
TuttoMercatoWeb-in məlumatına görə, Seriya A təmsilçisi Mareskanı yeni baş məşqçi kimi komandaya gətirmək imkanlarını araşdırır.
Lakin İtaliya mediası qeyd edir ki, Mareska hazırda yalnız elit səviyyəli təklifləri nəzərdən keçirir. Onun gələcəkdə "Man Siti"də Pep Quardiolanın yerini tutmaq üçün əsas favorit olduğu, həmçinin "Yuventus" ilə də əlaqələndirildiyi bildirilir.
Buna görə, Mareskanın "Fiorentina" təklifini qəbul etməsi ehtimalı çox azdır.
© Copyright 2026, All Rights Reserved