“Çelsi” istəmədi, “Bayern” alır

“Bayern Münhen” “Çelsi”nin hücumçusu Nikolas Ceksonla anlaşma əldə edib. Bu barədə “BILD”in jurnalisti Kristian Falk məlumat yayıb.
90plus.az xəbər verir ki, hazırda Münhen klubu oyunçunun transferini yekunlaşdırmaq üçün “Çelsi” ilə danışıqlar aparır. Almaniya təmsilçisi icarə variantına üstünlük versə də, son xəbərlərə görə, London klubu oyunçunu birdəfəlik satmaq niyyətindədir və onun gedişini asanlaşdırmaq üçün ilkin 80 milyon funt sterlinqlik qiyməti aşağı salmağa hazırdır.
24 yaşlı Cekson 2023-cü ildə “Vilyarreal”dan “Çelsi”yə keçib. Ötən mövsüm Premyer Liqada 34 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Lakin futbolçu yeni mövsümdə Enzo Mareskanın rəhbərliyi altında keçirilən ilk iki turda meydana çıxmayıb. Baş məşqçi onu uzunmüddətli planlarında görmür.
© Copyright 2025, All Rights Reserved