Mareska: “Ümid edirəm, “Qarabağ” təəccübləndirməz”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandasının “Qarabağ”la Çempionlar Liqasındakı oyunu öncəsi heyət rotasiyası ilə oyun keyfiyyəti arasında tarazlığın vacibliyini vurğulayıb.
90plus.az xəbər verir ki, 45 yaşlı italiyalı baş məşqçi oyundan öncə Tofiq Bəhramov adına stadionda verdiyi "fleş" müsahibədə bunları deyib:
“Biz Bakıya gecə saat bir radələrində çatdıq, amma hər şey sürətlə baş verdi. Ümid edirəm ki, yaxşı oyun göstərəcəyik və qalib gələcəyik. ‘Qarabağ’ çox yaxşı komandadır – nizam-intizamlı, Çempionlar Liqasında da çox yaxşı çıxış edirlər. Ümid edirəm, bizi təəccübləndirməzlər".
Mareska start heyətində bir neçə dəyişiklik etdiyini təsdiqləyib və bunun məqsədinin əsas oyunçuları qorumaqla yanaşı, qələbə qazanmaq olduğunu söyləyib:
“Biz bəzi futbolçuları qorumağa çalışırıq, amma eyni zamanda oyunu qazanmaq istəyirik.”
Baş məşqçi gənc hücumçu Liam Delapın bu dəfə ehtiyat oyunçular sırasında yer alacağını da açıqlayıb:
“Liam üçün mesajım aydındır – qarşıda çox oyunlarımız var və o, qol vuracaq, şansını mütləq alacaq.”
Mareska həmçinin gənc futbolçu Tayrik Corcu da tərifləyib:
“O, yaxşı çıxış edir. Hələ çox gəncdir və bir çox sahədə inkişaf etməlidir, amma şansını qazanıb.”
© Copyright 2025, All Rights Reserved