Marko Asensio üçün “Fənərbağça” PSJ ilə razılaşdı

“Fənərbağça” Marko Asensio transferində PSJ ilə razılığa gəldi.
90plus.az xəbər verir ki, Türkiyə Superliqasının nəhəngi “Fənərbağça” Fransanın PSJ klubu ilə Marko Asensionun transferi üçün razılıq əldə edib. Bu barədə məlumatı tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.
İstanbul təmsilçisi 28 yaşlı ispaniyalı yarımmüdafiəçiyə illik 9 milyon avro məvacib təklif edib. Lakin Asensio bu məbləği kifayət qədər görməyərək daha yüksək əməkhaqqı tələb edib.
Hazırda tərəflər oyunçunun şəxsi müqavilə şərtləri ilə bağlı danışıqları davam etdirirlər. Razılıq əldə olunacağı halda Asensionun yaxın günlərdə İstanbul klubuna keçidi rəsmiləşə bilər.
Məlumata görə, “Fənərbağça” Asensio transferini tezliklə bağlayaraq yeni mövsümə güclənmiş heyətlə başlamağı planlaşdırır.
© Copyright 2025, All Rights Reserved