Marko Verratti "Əl-Duhail" ilə müqavilə imzaladı

Transfer haqqı əlində olan italyan yarımmüdafiəçi Marko Verratti karyerasını Qətərdə davam etdirəcək. 32 yaşlı futbolçu "Əl-Arabi" klubundan ayrıldıqdan sonra "Əl-Duhail" ilə rəsmi müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, Qətər təmsilçisi "Əl-Duhail"in rəsmi hesabında yayımlanan açıqlamada, təcrübəli futbolçunun komandaya qoşulduğu bildirilib:
"Əl-Duhail" klub rəhbərliyi italyan yarımmüdafiəçi Marko Verratti ilə razılığa gəldi. Razılaşmaya əsasən, Verratti 'Əl-Arabi'dən 'Əl-Duhail'in əsas komandasına transfer olunur. Bu transfer yeni mövsüm öncəsi komanda üçün əhəmiyyətli gücləndirmədir."
Açıqlamada, geniş təcrübəyə malik olan Verrattinin yarımmüdafiədə əsas fiqurlardan biri olacağı vurğulanıb.
Marko Verratti peşəkar karyerası ərzində İtaliyada "Peskara", Fransada isə uzun illər "Pari Sen-Jermen"in formasını geyinib. O, həmçinin İtaliya millisinin bütün yaş qruplarında çıxış edib və A milli komandaya qədər yüksəlib.
© Copyright 2025, All Rights Reserved