Marko Yankoviç məşqçilik üçün hazırlaşır
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç gələcəkdə məşqçilik fəaliyyətinə hazırlaşır.
90plus.az xəbər verir ki, monteneqrolu futbolçu ölkəsində keçirilən UEFA A kateqoriyalı məşqçi kurslarına qatılaraq peşəkar bacarıqlarını artırır. Kurs daxili çempionatda yaranan fasilədən istifadə edilərək həyata keçirilib.
Əgər Yankoviç təlim və imtahan mərhələlərini uğurla tamamlayarsa, o, UEFA A lisenziyasına sahib olacaq.
Qeyd: Bu kurslarda daha əvvəl “Qarabağ”da çıxış etmiş Marko Veşoviç də iştirak edir.
© Copyright 2026, All Rights Reserved