Markus Reşford klubun ən məhsuldarıdır
“Barselona”nın sol cinah oyunçusu Markus Reşford bu mövsüm artıq 13 qol + asistə imza atıb.
90plus.az xəbər verir ki, 28 yaşlı ingilis futbolçu 16 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Vinger bu mövsüm qol + asist göstəricilərinə görə katalon klubunun ən yaxşı futbolçusudur.
Lamin Yamal (6 qol + 5 asist) və Fermin Lopes (6 qol + 4 asist) də ilk üçlükdə yer alır.
Reşford “Barselona”ya “Mançester Yunayted”dən icarə əsasında keçib. Müqavilədə satınalma bəndi mövcuddur.
© Copyright 2025, All Rights Reserved