Markus Reşford “Mançester Yunayted”dən ayrılır

90plus.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis Ruben Amorimin rəhbərliyi altında yenidən zirvə uğrunda mübarizə aparmaq istəyən "Mançester Yunayted" ötən mövsüm "Aston Villa"ya icarəyə verdiyi Reşfordu artıq heyət planlamasında nəzərə almır.
Klubun 10 nömrəli forması artıq yeni transfer Mateus Kunhaya verilib. Bu isə Reşfordun gedişinin bir növ təsdiqi kimi qiymətləndirilir.
İspaniyanın "Mundo Deportivo" nəşrinin məlumatına görə, Reşford Səudiyyə Ərəbistanı klublarından aldığı illik 40 milyon avroluq təklifi rədd edib. O, karyerasını “Barselona”da davam etdirmək istəyir.
"Barselona"nın da futbolçu ilə maraqlandığı qeyd edilir. Lakin Kataloniya klubu La Liqanın maliyyə feyr-pley qaydalarına görə ehtiyatlı hərəkət edir. Üstəlik, "Atletik Bilbao"nun ulduzu Niko Vilyamsın komandasından ayrılmaması da “Barselona”nın transfer prioritetlərini dəyişib.
"Mançester Yunayted"in Reşford üçün 30-40 milyon avro aralığında bir satış məbləğinə razı ola biləcəyi bildirilir. Futbolçunun isə bir an əvvəl "Barselona"ya keçidi reallaşdırmaq istədiyi vurğulanır.
© Copyright 2025, All Rights Reserved