Markus Reşford sabiq komandasına dönür

Markus Reşford “Aston Villa”nın 40 milyon funtluq satınalma seçimini istifadə etməməsi ilə köhnə komandası “Mançester Yunayted”ə qayıdır.
90plus.az xəbər verir ki, icarə əsasında “Aston Villa”da forma geyən Markus Reşford köhnə komandası “Mançester Yunayted”ə geri dönür.
Birmingem təmsilçisindən verilən açıqlamada, fevral ayında komandaya qatılan 27 yaşlı hücumçunun 40 milyon funt sterlinq dəyərində olan satınalma seçiminin istifadə edilmədiyi bildirilib.
"Aston Villa" komandasının heyətində 17 oyunda 4 qol vuran Reşford İngiltərə milli komandasında isə 62 matçda 17 qol fərqi ilə çıxış edib.
© Copyright 2025, All Rights Reserved