Marselonun oğlu rəsmən “Real Madrid”ə imza atdı
Marselonun oğlu Enzo Alveş “Real Madrid”lə ilk peşəkar müqaviləsini imzaladı.
90plus.az xəbər verir ki, "Real Madrid” akademiyasının ən parlaq istedadlarından biri olan Enzo Alveş klubla ilk peşəkar müqaviləsinə imza atıb. Klub əfsanəsi Marselonun oğlu olan 16 yaşlı hücumçu bu gün müqaviləni rəsmi şəkildə rəsmiləşdirib.
2017-ci ildən etibarən “Real Madrid” akademiyasında çıxış edən Enzo Alveş qısa müddət ərzində bütün yaş qruplarında stabil inkişaf göstərərək diqqətləri üzərinə cəlb edib. Hücumçu mövqeyində çıxış edən gənc futbolçu qol instinkti, oyunu oxuma bacarığı və texniki keyfiyyətləri ilə klub daxilində çox yüksək qiymətləndirilir.
Müqavilə imzalanma mərasimində Enzonun atası, klubun canlı əfsanəsi Marselo da iştirak edib. “Real Madrid” rəhbərliyi Enzo Alveşi klubun uzunmüddətli layihəsinin vacib hissəsi kimi görür və onun gələcəkdə əsas komandaya qədər yüksələcəyinə inanır.
Qeyd: Enzo Alveş ötən mövsüm “Xuvenil A” komandasında debütünü Alvaro Arbeloanın rəhbərliyi altında edib. Hazırda isə Arbeloa əsas komandanın baş məşqçisi Xabi Alonsonun yerini tutduğundan, yaxın gələcəkdə Enzonun əsas komandaya dəvət alması da istisna olunmur.
“Real Madrid” öz gələcəyini təmin etmək üçün daha bir vacib addım atmış oldu.
© Copyright 2026, All Rights Reserved