Martinez Maradona ilə hesabı bərabərləşdirdi

Argentinalı hücumçu Lautaro Martinez yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.
90plus.az xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində, Peru millisi ilə oyunda gerçəkləşdirib.
Matçın 55-ci dəqiqəsində hesabı açan 27 yaşlı futbolçu qollarının sayını 32-yə çatdırıb.
Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir.
Qeyd: Argentina - Peru matçı “tanqoçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
© Copyright 2025, All Rights Reserved