Maskerona olimpiya oyununa “biabırçılıq” dedi

U-23 Argentina millisinin baş məşqçisi Xavyer Maskerano Olimpiya oyunlarında keçirilən və Mərakeşə 1-2 hesabı ilə məğlub olduqları oyun haqda qəzəbli danışıb.
90plus.az xəbər verir ki, Maskerona VAR-ın qərarını anlamadığını söyləyib:
"Nə baş verdiyini bilmirəm. Demək olar ki, bir saat yarım idi ki, soyunub-geyinmə otağında idik. Nələr olacağı ilə bağlı bizə heç bir məlumat verilmədi. Bir oyunçu olaraq, heç vaxt 7 təhlükəsizlik nasazlığı yaşamamışam. Belə səviyyəli matçda bu, biabırçılıq idi. Azarkeşlər meydançaya 7 dəfə daxil oldular, daha sonra bizə yad əşyalar atdılar. Bizə dedilər ki, matç 2:2 hesabı ilə bitib. Nə biz, nə də Mərakeş oyunu davam etdirmək istəmədik".
Qeyd: Görüş təxminən iki saat keçdikdən sonra yenidən 3 dəqiqə davam edib, VAR Argentinanın bərabərlik qolunu ləğv edib.
Oyun Mərakeşin 2➖1 hesablı qələbəsi ilə başa çatıb.
© Copyright 2025, All Rights Reserved