“Matçın Oyunçusu”: Elvin Cəfərquliyev

UEFA Çempionlar Liqasının 2-ci turunda keçirilən “Qarabağ” – “Kopenhagen” oyunundan sonra matçın ən yaxşı futbolçusu açıqlanıb.
90plus.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçilərinin qərarına əsasən, Ağdam klubunun 2:0 hesablı qələbə qazandığı görüşdə bu ada “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev layiq görülüb.
Azərbaycanlı futbolçunun oyundakı çıxışı yüksək qiymətləndirilib və UEFA ona xüsusi mükafat təqdim edib.
© Copyright 2025, All Rights Reserved