Mayami turnirini Sabalenka qazandı
Mayami Açıq tennis turnirində qadınların tək oyunlar üzrə qalibi müəyyənləşib.
90plus.az xəbər verir ki, final qarşılaşmasında belaruslu tennisçi Arina Sabalenka ABŞ təmsilçisi Koko Qauffu 2:1 hesabı ilə məğlub edərək çempion olub.
2 saat 9 dəqiqə davam edən görüşdə Arina Sabalenka rəqibini 6:2, 4:6 və 6:3 hesablı setlərlə üstələyib və turnirdə ardıcıl ikinci titulunu qazanıb.
Dünya reytinqinin bir nömrəsi olan tennisçi bununla da eyni ildə ABŞ-da keçirilən iki böyük turniri – Indian Wells və Mayami Açıq yarışlarını qazanaraq “sunshine double”a imza atıb.
Arina Sabalenka bu uğura 2022-ci ildə nail olan İqa Şvyontekdən sonra çatan ilk tennisçi olub.
Bundan əlavə, belaruslu idmançı Şteffi Qraf, Kim Klaysters, Viktoriya Azarenka və İqa Şvyontekdən sonra bu uğuru qazanan beşinci qadın tennisçi kimi tarixə düşüb.
© Copyright 2026, All Rights Reserved