Mayami turnirini Yannik Sinner qazandı
İtaliyalı tennisçi Yannik Sinner ABŞ-da keçirilən Mayami Açıq turnirinin qalibi olub.
90plus.az xəbər verir ki, Dünya reytinqində 2-ci pillədə qərarlaşan 24 yaşlı idmançı finalda çex tennisçi Jiri Lehecka ilə üz-üzə gəlib. Sinner rəqibini 6-4, 6-4 hesablı setlərlə 2-0 məğlub edərək çempionluğa sevinib.
Bu qələbə ilə Sinner eyni il ərzində ABŞ-da təşkil olunan iki Masters turniri – Indian Uells və Mayami Açıqda qalib gələrək “sunshine double”a imza atıb. O, bu uğura nail olan 8-ci tennisçi olmaqla yanaşı, 2017-ci ildən sonra bunu bacaran ilk idmançı kimi tarixə düşüb. Həmin il bu nəticəni Roger Federer göstərmişdi.
Bundan əlavə, italiyalı tennisçi hər iki turniri set itirmədən qazanan ilk kişi tennisçi kimi də adını tarixə yazdırıb.
Qeyd: Sinner Mayami Açıqda 2024-cü ildən sonra ikinci dəfə çempion olub.
© Copyright 2026, All Rights Reserved