Maykl Kerrik İngiltərədə hamını qabaqladı
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı mütəxəssisi seçilib.
90plus.az xəbər verir ki, “qırmızı şeytanlar” 44 yaşlı məşqçinin rəhbərliyi altında ötən ay “Mançester Siti”yə 2:0, “Arsenal”a isə 3:2 hesabı ilə qalib gəlib. Fevral ayında komanda “Fulhem”i 3:2, “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib, “Uest Hem” ilə isə 1:1 hesablı heç-heçə edib.
“Mançester Yunayted” hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved